|
“Türkiyənin raket əleyhinə hava hücumundan müdafiəsi NATO-dan aslı olmayacaq”- bu barədə Türkiyənin Müdafiə naziri İsmet Yılmaz açıqlama verib.
Bundan sonra Türkiyənin raket əleyhinə sistemləri Çindən idxal olunacaq. 2013-cü ildə Çin şirkəti tenderdə qalib gələrək orta və uzaq mənzilli raket sistemlərini ixrac etməlidir. 12 HQ-9 zenit roket kompleksi Türkiyədə qurulacaq. Mütəxəsislərin sözlərinə görə, Çinin HQ-19 zenit raket sistemi SSRİ-nin S-300 sisteminin analoqudur.
Amma NATO hesab edir ki, Türkiyənin bu addımı üzvlər üçün problem yarada bilər.