|
Bu gün Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesdə Lamiyə Quliyevanın azadlığa buraxılması üçün verilən vəsatət təmin edilib.
Teleqraf.az-ın məhkəmədə iştirak edən əməkdaşının verdiyi xəbərə görə Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb.Xatırladaq ki, Lamiyə Quliyeva 2003-cü ildə Şəmkirin icra başçısı olmuş Aslan Aslanovun oğlu Ruslan Aslanovu qətlə yetirməkdə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Cəzaçəkmə müəssisəsində ikən onun məhkumluğu daha 5,5 il artırılmışdı.Qeyd edək ki,2014-cü il oktyabrın 16-da məhkum Lamiyə Quliyeva həbsxanada uşaq dünyaya gətirib.
Çinarə Turan