Apelliyasiya instansiyası obyektiv araşdırma aparmaqdan imtina etdi

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyevin yetkinlik yaşına çatmayan oğulu Əlgüşad Gülalıyevin Bakı Apelliyasiya Məhkəməsində apelliyasiya şikayətinə baxılmasına start verilib. Apelliyasiya şikayəti Xətai rayon məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmündən verilib. Həmin hökmlə Əlgüşad Gülalıyev Cinayət Məcəlləsinin 221.1- ci maddəsi ilə qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçən bu günki hazırlıq iclasında çıxış edən Oqtay Gülalıyev Xətai rayon məhkəməsinin hökmünün ədalətsiz və qeyri- obyektiv olduğunu bildirərək qismən məhkəmə istintaqının aparılması barədə vəsatətlə çıxış edib. Vəsatətdə qeyd olunub ki, təqsirləndirilən şəxsə qarşı ittiham irəli sürülərək CM- nin 221. 1- ci maddəsi ilə təqsirli bilinməsi Xətai rayon  məhkəməsində sübut olunmayıb və buna görə də həmin məhkəmədə araşdırılan sübutlara yenidən Apellyasiya məhkəməsində baxılmalı və məhkəmə kollegiyası tərəfindən bu sübutlara hüquqi qiymət verilməlidir. O. Gülalıyev bildirib ki, məhkəmə istintaqını aparmadan Ə. Gülalıyevin apellyasiya şikayətini obyektiv, hərtərəfli araşdırmaq mümkün deyil. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən yetkinlik yaşına çatmayan şahidlər istintaqda onların imzası ilə tərtib olunan izahatdan fərqli  ifadə veriblər. Məhkəmədə şahidlər bildiriblər ki, onları valideynlərinin iştirakı olmadan polis bölməsinə aparıb təzyiq edərək, “ifadə verməsəniz sizin üçün yaxşı olmayacaq, hamınız videoya düşmüsünüz” deyə onları aldadıb, hədələyərək hazır yazılmış ifadəyə qol çəkdiriblər. Məhkəmə şahidlərdən istintaq müddətində zorla, təzyiq altında ifadə alınması kimi qanunsuz hərəkəti araşdırıb bu qanunsuzluğa hüquqi qiymət verməyib. Odur ki, Apellyasiya məhkəməsi şahidlərdən istintaq zamanı təzyiq altında ifadə alınması faktını araşdırmalı və bu fakta hüquqi qiymət verməlidir.

Digər tərəfdən Xətai rayon Məhkəməsinin 30 oktyabr 2014- cü il tarixli hökmündə məhkəmə protokollarında şahidlərin ifadə bölmündə verilən ifadələr düzgün qeydə alınmayıb. Xüsusən şahidlərin şahid ifadələri tam təhrif olunub. Polisin təzyiqi altında istintaqda şahidlərdən alınan ifadələr oxşar formada məhkəmə hökmünə əlavə edilib. Odur ki, Apellyasiya məhkəməsində şahidləri yenidən dindirməsi zəruridir.

Məhkəmə iclasında müdafiə tərəfi hadisənin baş verdiyi iddia olunan məkanda və saatda NZS qəsəbəsi 165 saylı orta məktəbin 3 mərtəbəsində dəhlizin yuxarı hissəsində quraşdırılmış müşahidə kamerasının yaddaşında olan video görüntüyə məhkəmə zalında baxlmasına dair vəsatət vermiş, lakin məhkəmə əsaslı və həlledici məqamlardan olmasına baxmayara video görüntüyə baxış keçirilməsi barədə vəsatəti rədd etmişdir. Bununla da məhkəmə baş verdiyi iddia olunan hadisənin qurama və əsassız olmasına dair əsas faktı görmək və incələmək istəməyib. Halbu ki, video kamera hadisənin baş verdiyi iddia olunan məkanı və şəxsləri tam əhatə edir. Ona görə də hadisənin baş verdiyi məkanda quraşdırılmış müşahidə kamerasının yaddaşında olan video görüntülərə baxaraq hadisə barədə ətraflı təsəvürlərə malik olmaq mümkündür.

O. Gülalıyev vəsatətində bildirib ki, dəfələrlə bildiriş göndərilib məhkəməyə dəvət edilsə məhkəmə iclaslarında “zərərçəkən tərəf” demək olar ki, iştirak etməyib. Məcburi qaydada gətirilmə barədə məhkəmə qərarı çıxandan sonra sonuncu məhkəmə prosesinə gələn “zərərçəkən” və onun qanuni nümayəndəsi bildirmişdilər ki, onlar şikayətçi deyillər. Lakin məhkəmə bu məqamları da nəzərə almamış, eyni zamanda “zərərçəkənin” bu qeydləri protokola düzgün yazılmamış, onun şikayətindən imtina barədə könüllü yazdığı ərizəsi kənar müdaxilə ilə təqsirləndirilən şəxsin ziyanına işləyən formada qeydə alınıb. Bu baxımdan zərərçəkmiş şəxs kimi tanınan Bayram Sultanlının Apellyasiya məhkəməsində iştirakının təmin olunması və onun ifadəsinin alınması vacibdir.

Nəhayət, məhkəmə ölkədəki məhkəmə təcrübəsinə zidd olaraq cəza siyasətinin ümumi müddəalarına riayət etmədən, cinayət qanununun humanizm prinsipinin əleyhinə gedərək, zərər çəkən Bayram Soltanlının şikayətinin olmadığını və hadisənin faktiki nəticələrini  nəzərə almadan təqsirləndirilən şəxsə sərt cəza tətbiq edib.  Digər tərəfdən məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin az yaşlı olmasını, yetkinlik yaşına çatmadığını, ali məktəbin 1- ci kurs əyani şöbəsində təhsil aldığını, tələbə və az yaşlı olduğuna görə işləmədiyini nəzərə almamışdır. Apellyasiya məhkəməsinin yuxarıda göstərilən bu xususatları da araşdırması və hüquqi qiymət verməsi zəruridir. 

AR Cinayət Prosessual Məcəlləsinin 392.3-cü maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir.
Vəsatətdə daha sonra bildirilir ki, yuxarıda qeyd olunanlara əsasən Məhkəmə Kollegiyasından məhkəmə istintaqının qismən aparılması, şahidlərin məhkəməyə çağırılaraq izahatının alınması və onların istintaqda təzyiq altında ifadə verməsinin araşdırılması, həmçinin hadisənin baş verdiyi iddia olunan məkanda və saatda NZS qəsəbəsi 165 saylı orta məktəbin 3 mərtəbəsində dəhlizin yuxarı hissəsində quraşdırılmış müşahidə kamerasının yaddaşında olan video görüntüyə məhkəmə zalında baxlmasına dair, “zərərçəkən”- in məhkəmədə iştirakının təmin olunması və ifadəsinin alınması, məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin az yaşlı olmasını, yetkinlik yaşına çatmadığını, ali məktəbin 1- ci kurs əyani şöbəsində təhsil aldığını, tələbə və az yaşlı olduğuna görə işləmədiyini nəzərə almamasına hüquqi qiymət verilməsinə dair vəsatətin təmin edilməsi ilə  təqsirləndirilən şəxsin apellyasiya şikayətinin baxışının təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edib.

Müşavirəyə gedən məhkəmə heyəti apelliyasiya şikayətinin məhkəmə baxışının qəbul edilməsini bildirsə də vəsatəti qəbul etməyib. Vəsatətdə göstərilənlər barədə yalnız zərərçəkənin məhkəmə iclasında iştirakını mümkün hesab edən məhkəmə digər məqamlara ehtiyac yaranarsa baxıla biləcəyini bildirırək əslində vəsatətdə göstərilən vacib xüsusatları araşdırmağı qeyri- müəyyən edib.. Müdafiə tərəfi buna etiraz etsə də etiraz qəbul olunmayıb.

Məhkəmədə “zərəçəkmiş” şəxs və onun nümayəndəsi iştirak etməyib. Məhkəmə baxışı 02 mart 2015- ci ilə təyin olunub. /azadliq.info/

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti