|
Türkiyənin Baş naziri Əhməd Davudoğlu tanınmış müğənni Atilla Taşı məhkəməyə verib.
Davudoğlunun bu addımı atmasına səbəb Atilla Taşın hökumətin ünvanına "Tvitter"də hökumət əleyhinə yazdıqları olub. Baş nazirin vəkilləri müğənni ilə bağlı Ankara məhkəməsinə şikayət ərizəsi veriblər. Atilla Taş öz növbəsində sosial şəbəkədə məsələ ilə əlaqəli açıqlama verib: “Əhməd Davudoğlu tərəfindən məhkəməyə verilmişəm. Dörd tvitim şikayət olunub. Vəkillərimlə görüşdüm. Susdura bilməzlər!!!“.