AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi irəli sürülüb

Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Şamaxının millət vəkili Elxan Süleymanov Ermənistan qüvvələri tərəfindən girov götürülmüş və Ermənistanın işğal edilmiş ərazilərimizdə formalaşdırdığı “Dağlıq Qarabağ Respublikası” adlı tanınmamış separatçı rejimin “birinci instansiya məhkəməsinin” azadlıqdan məhrum etdiyi Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlayaraq, AŞPA katibliyinə təqdim edib.

O vurğulayıb ki, soydaşlarımızın hüquqlarının müdafiəsi üçün AŞPA-da yeganə yol bu qətnamə layihəsidir. AŞPA-nın prosedur qaydalarına əsasən qətnamə təklifi ən azı 5 üzv dövləti təmsil edən 20 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilməlidir. Təqdim etdiyim bu qətnamə layihəsinə isə Avropa Şurasına üzv olan 47 ölkədən 23 ölkəni təmsil edən 46 deputatın imza atması haqq-ədalətin bu günahsız insanların tərəfində olduğunun göstəricisidir.

Elxan Süleymanov xatırladıb ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev həqiqətən heç bir cinayət əməli törətməyib və heç bir hüquqazidd hərəkət etməyib. Onlar 2014-cü ilin iyun ayında Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan qüvvələri tərəfindən girov götürülmüşlər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb və onun meyiti sonradan Azərbaycan tərəfinə verilərək dəfn edilib. Bu torpaqlar hüquqi baxımdan Azərbaycan əraziləridir və Azərbaycan vətəndaşları öz ölkələri hüdudlarında sərbəst hərəkət etmək hüququna malikdirlər.

Burada cinayət törədən tərəf Ermənistandır. Bu dövlət Azərbaycan ərazilərini işğal edib, 22 ildən artıq davam edən bu işğal beynəlxalq hüquq normalarına görə qeyri-qanunidir. Digər tərəfdən, beynəlxalq hüquq normalarına görə, işğalçı Ermənistan tək Azərbaycan qarşısında deyil, ümumiyyətlə, dünya ictimaiyyəti qarşısında beynəlxalq-hüquqi məsuliyyət daşımalıdır. Göründüyü kimi, cinayət törədənlər öz ata-baba yurdlarını ziyarət etmək istəyən Dilqəm Əsgərov və Şahbaz Quliyev deyil, əksinə onları girov götürən və Həsən Həsənovu qətlə yetirən Ermənistan tərəfidir.

Elxan Süleymanov bildirdi ki, Ermənistanın işğal etdiyi ərazilərdə formalaşdırdığı “Dağlıq Qarabağ Respublikası” adlı separatçı rejim heç bir dövlət və beynəlxalq təşkilat tərəfindən tanınmayıb, bu “qurum” hüquqi baxımdan qeyri-legitimdir və mahiyyət etibarı ilə tanınmamış separatçı siyasi təsisatdır. Odur ki, onun formalaşdırdığı “məhkəmə” də qeyri-legitimdir və belə qeyri-legitim “birinci instansiya məhkəməsi” 19 dekabr 2014-cü ildə D. Əsgərovu ömürlük, Ş. Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhküm edib. Odur ki, bu qərar qeyri-qanunidir. Məhz ona görə də qətnamə layihəsində vurğulanır ki, “İki hökm çıxarmış “məhkəmə” tanınmamış separatçı siyasi təsisat tərəfindən yaradıldığına görə nə hər hansı dövlətin məhkəmə orqanı tərəfindən hüquqi şəkildə tanınmır, nə də ümumi yurisdiksiya məhkəməsi proseslərinin əsaslandığı təməl prinsiplərə uyğun gəlmir. Belə ki, bu “məhkəmədə” həmin tanınmamış separatçı siyasi təsisatın insan hüquqları yaxud hüququn aliliyinə zəmanət verən beynəlxalq müqavilələrə qoşulmasından irəli gələn nəzarət və əsas qaydalar mövcud deyildir”.

Elxan Süleymanovun sözlərinə görə, tam aydındır ki, D. Əsgərov və Ş. Quliyev qanunsuz olaraq saxlanılmışlar və onlar üzərində qurulan məhkəmə saxtadır. Odur ki, bizim qətnamə layihəsinin əsas məqsədlərindən biri işğalçı Ermənistanın yaratdığı separatçı rejim tərəfindən qurulan saxta məhkəmə oyununu ifşa emək və beynəlxalq aləmə çatdırmaqdan ibarətdir.

Bu məqsədlə qətnamə layihəsində D. Əsgərovun və Ş. Quliyevin qanunsuz saxlanılması və məhkum edilməsinə görə məsuliyyət daşıyan bütün tərəflərdən bu  şəxslərin dərhal azadlığa buraxılmasına və hüquqlarının bərpasının təmin olunmasına çağırış edilir.

Qətnamə layihəsini irəli sürməkdə məqsəd separatçılar tərəfindən terrora məruz qalmış soydaşlarımızın beynəlxalq təşkilat çərçivəsində hüquq və azadlıqlarının bərpa edilməsinə nail olmaqdır, - deyə Elxan Süleymanov bildirdi.

         Elxan Süleymanov vurğuladı ki, “Bu çox çətin bir missiyadır, çünki AŞPA-da təqdim etdiyim Sərsəng humanitar faciəsi ilə bağlı olan “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” və “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” adlı qətnamə layihələrimə AŞPA Katibliyi, Büro və Prezidentlər Komitəsində anti-Azərbaycan qüvvələri tərəfindən ciddi maneələr oldu və nəhayət 2 ilə yaxın mübarizədən sonra bu qətnamə layihələri üzrə AŞPA-nın Sosial və Siyasi komitələrində məruzəçilər təyin edildi. Bu qətnamə layihəsinin əvvəlkilərdən daha asan yolla öz həllini tapa biləcəyini güman etmirəm.  Bu, gərgin bir mübarizədir, ancaq mən bu layihənin həyata keçirilməsində israrlıyam”.

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti