Qazax rayon torpaq və xəritəçəkmə şöbəsinin müdiri Sərxan Nəbiyev bələdiyyə sədrləri ilə birləşərək torpaqları qanunsuz olaraq vətəndaşlara satır.

Bələdiyyə sədri yaxın qohumu Sərxan Nəbiyevlə Şəhidlər Xiyabanının ərazisin satışa çıxarıb.

Əgər hansı təşkilatsa bələdiyyə orqanlarında baş vermiş nöqsanlarla bağlı araşdırma aparmaq istəsə, əziyyət çəkib bir neçə bələdiyyənin araşdırılmasına qatılaşmasın. Çox düşünməyə dəyməz. Bu Qazax rayonunun ən böyük kəndi olan Daş Salahlı bələdiyyəsidir.

Bələdiyyənin fəaliyyətinə nəzər salsaq bu barədə bütün saxtakarlığın ən baris nümunəsini görə bilərik. Bu bələdiyyənin səlahiyyətlərinə aid nümunə götürsək bir yaxşı iş tapmasaq da özbaşınalıq, saxtakarlıq və xeyli pis əməllərə rast gəldik. Biz Daş Salahlı kəndinə şikayətçi şəhid anası Cəbiyeva Sürəyya ananın xahişi ilə gəlmişdik. Gəlişimiz heç də ürəkaçan olmadı. Gördüyümüz mənzərə bizi dəhşətə gətirdi. Kəndə girəcəkdə bizi “Şəhidlər xiyabanı” yazılmış lövhənin yanında qarşıladılar. Yerə yıxılmış qapıdan içəri keçdik. Xiyabanın içərisində otlayan iribuynuzlu mal-qaranı görəndə dərhal faktları sübut etmək üçün şəkil də çəkdik. 

Şikayətçi, şəhid anası Sürəyya ananın şikayəti əsaslı idi. Xiyabanda tikilmiş türbənin içərisində “Şəhidlər unudulmur” sözləri yazılmış mərmər daş sınmış halda zibillərin əhatəsində az qala görünmürdü. Bələdiyyə sədri Mahir Quliyevin maraqlarına cavab verən xiyaban 2 ha sahədən ibarətdir. 2 ha sahə hasara alınsa da, hasarın içərisində yeni hasar da tikilmişdir. Belə ki, baş daşları yenidən hasara alınıb. Şikayətçidən soruşanda ki, bu niyə belədir? Sürəyya ana bunu bələdiyyə sədri Mahir Quliyevin xiyabanın ərazisini satmaq fikirində olduğunu bildirdi.

Elə bu sözlərə sübut kimi ərazidə bir neçə tikilini də gördük. 

Keçmiş bələdiyyə sədri tərəfindən 2000-ci ildə təmir edilmiş və bir giriş qapısı qoyulmasına baxmayaraq iribuynuzlu heyvanların otlaq sahəsinə çevrilməsi bir başa bələdiyyə sədri Mahir Quliyevin maraqlarını güdür. Belə olmasaydı sədr bu mənzərəyə və şəhidlərimizə sayğısızlıq etməzdi...
Bələdiyyə sədrini görə bilməsək də, telefonla əlaqə yaratdıq. 

O, özünün səlahiyyətlərinin nədən ibarət olduğunu sübut etdi. Uşaq başı aldadan kimi bizə lazımi ünvana zəng vurmağımızı bildirdi. Şəhidlər xiyabanına nəzarəti kənd inzibati ərazi nümayəndəsi etdiyini bildirdi. Nə deyək? Yəqin Mahir müəllim öz səlahiyyətlərinin ancaq torpaq alqı-satqısından ibarət olduğunu bilir. Biz isə Sürəyya anaya Allahdan səbr diləyib ayrıldıq.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Qarşı tərəfində fikirlərinə yer ayırmağa hazırıq!

Ələddin Kəsəmənli

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti