Teleqraf.az-ın xəbərinə görə,"Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli prezident İlham Əliyevə müraciət edib. Müraciətdə deyilir:

"Prezident İlham Əliyevə müraciət edirəm: - "Cənab Prezident, bu prosesi başlamağın və uğur formuılunu təmin etmənin açarı Sizin əlinizdədir".

2014-ün UĞURSUZLUQLARI VƏ 2015-in UĞUR FORMULU

2014-cü il At ili adı ilə ümid versə də, daha çox təlatümlərlə yadda qaldı. Qanlı savaşlar, terrorlar, sanksiyalar, bahalıq, neftin ucuzlaşması, Krımın işğalı, Abxaziya və Cənubi Osetiyanın ilhaqı istiqamətində avanturalar diqqəti daha çox məşğul elədi. Gürcüstanın destruktiv hissəsi isə günün günorta çağı Azərbaycan vətəndaşını, Borçalı Cəmiyyətinin sədrini ölkəsinə buraxmamaq cəsarətində bulundu. Nəhayət super dövlətlər davranışlarında siyasi- diplomatik dildən, daha çox hərb dilində, nüvə təhdidləri ilə danışmağa başladılar. Bu bəşəriyyət üçün ciddi qorxuya işarədir. 

Ölkəmiz də nisbi stabilliyini qoruyub saxlaya bildi. Televiziyalarımız yenə ucuz şoularla zəngin oldu, Qarabağ savaşında ənənəmizə sadiq qalaraq barmaq silkələməkdən, hədə gəlməkdən ( Borçalı türklərinin dili ilə desək - qıjanmaqdan) o yana gedə bilmədik. Siyasi sistemimiz də ənənəsinə sadiq qalaraq islahatlar baxımından qısır qaldı. Məzəli bələdiyyə seçkiləri keçirdik. Təəssüf ki,parlament seçkiləri öncəsi bu məşqimiz də pozitiv olmadı. 

Regional təhlükəsizliklə bağlı Türliyə, Azərbaycan və Gürcüstan Prezidentləri, XİN və Müdafiə Nazirlikləri arasında bir sıra ciddi anlaşmaları uğur sırasına daxiıl edə bilərik. Və nəhayət “QARABAĞ” futbol klubu millətimizi sevindirə, ümidləndirə bildi. İnsanlarımızda məyusluğu qələbə ovqatı ilə əvəzləmək yolunda bundan başqa uğur bizdən qaçası oldu.

Bu durum dəyişməsə, vəziyyətimizin daha yaxşı olacağını söyləmkdə çətinlik çəkəcəyik. Bu aksiomadır.

Və 2015… başladı. Sarıqaqmış şəhidliyinin anım törənində Türkiyənin iç dünyasında bütövlüyün nümayişi ümid verən hadisələr sırasına daxil ola bilər. Güclü Türkiyənin Türk dünyasının gələcəyinin qarantı olmasını sübutlamaq o qədər də çətin deyil. Bunu hər kəs gözardı etməlidir. 

Yeni il Fransada dünyanı sarsıdan terrorla uğursuz siftəsini etdi. Dinlər arası qarşıdurma meyli ildırım sürəti ilə yayılmaqdadır. İslamafobiyanın durdurulması çox vacib görünür. Bu zərərli meyl zəncirvari hal alarsa, dünya təhdidlə üz-üzə ola bilər. 

Azərbaycan nə qədər tolerant olsa da, siyasi oriyentasiyasında konkretliyin olmaması təhdid təhlükəsini real edir. Son zamanlar qərblə qarşıdurma, Rusiyanın təhdid dolu provakasiyaları bizi ayıq-sayıq olmağa dəvət edir. Biz nəhayət siyasi, ideoloji oriyentasiyamızda konkretləşməliyik. 

Prezident administrasiyaının şöbə müdiri Əli Həsənovun yanında bir sıra partiyaların dialoqun ilk addımlığına qədəm qoyması son illərin ən pozitiv hadisəsi sırasına daxil ola bilər. Azərbaycan siyasi sisteminin ifrat qütbıləşmə şəraitində olması düşmənlərin ölkəmiziin təhdidi üçün münbit şərait yaratmaqdadır. Bu zərərli vərdişlərdən imtina üzərində düşünülməlidir.

Üçüncü qüvvənin zərbə imkanlarını zərərsizləşdirmənin ən ideal yolu isə iç dünyamızı, iç siyasi sistemimizi bütövləşdirməkdən keçir. Bunu hamı bilir dərk edir. Zərərli vərdişlər, mənasız, üzücü və ucuz siyasi çəkişmələr isə milli posionar enerjini tükətməkdədir. 

Bu il ölkəmizdə parlament seçkiləri keçiriləcək. Dialoq meyli güclənməli, dövlət başçısı siyasi iradə nümayiş etdirməlidir. Real struktarları olan siyasi partiyaların məsləhətləşmələri dialoq üçün daha optimal şərait yaratmağa köklənməlidir. Parlament seçkilərinə növbəti saxtalaşdırma, bir firqənin boynuna ölçülən oyun kimi baxılmamalıyıq. Bu prosesə Azərbaycanın təhdidlərdən sığortalanma, müstəqilliyimizin , inkişafımızın qarantı olaraq baxmalıyıq. Siyasi mübarizənin parlamentə daşınması bütün təbəqələrin etimadı əsasında ciddi rəqabət mühiti yaradar. Ərazi bütövlüyümüzün təmini, inkişaf etməkdə olan dünyanın bir parası olma, Türkkiyənin olduğu məkana ninteqrasiyasının, təhlükəsizliyimizn təminatı üçün ideal şərait yaranmış olar. Bunları bacara bilərik. Bacara bilməsək, heç kimi günahlandırmaq, ittiham eləmək imkanımız olmaya bilər. Hörmətli prezident İlham Əliyevə müraciət edirəm: -Bu prosesi başlamağın və uğur formuılunu təmin etmənin açarı Sizin əlinizdədir. Bu imkanı əldən verməyin. Məmləkətimizdə “ El gücü-Sel gücü” şüarının apparıcı olmasını təmin etmək üçün bütün imkanlarınızı səfərbər edin, tarixə böyük islahatçı - demokrat olaraq düşün…”

…. 2015 – UĞUR İLİ OLSUN!...

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti