|
Rusiya Hərbi Hava Qüvvələrinin istefada olan general-leytenantı Anatoli Kudryavtsev intihar edib.
Moderator.az -ın məlumatına görə. modern.az Rusiya mətbuatına isitnadən xəbər verir ki, mədə xərçəngi diaqnozu ilə müalicə alan general bədənindəki ağrılara dözə bilmədiyi üçün özünü öldürüb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kudryatsev qapının cəftəsinə bağladığı məftillə özünü asıb. 77 yaşlı general-leytenant özünə qəsd etməzdən öncə yazdığı məktubda ölümünə görə heç kimin onu mühakimə etməməsini və artıq 4-cü mərhələdə olan xəstəliyin doğurduğu ağrılara dözə bilmədiyi üçün intihar etdiyini yazıb.
Xatırladaq ki, bundan öncə, xərçəng xəstəlyindən əziyyət çəkən Rusiya Dəniz Donanmasının kontr-admiralı Vyaçeslav Apanasenko da intihar edib. O, ölümqabağı məktubunda federal proqram üzrə ona verilməli olan ağrıkəsicilərin verilməməsinə etiraz əlaməti olaraq bu addımı atdığnıı yazmışdı.