|
Xəbər verdiyimiz kimi dekabrın 31-də saat 01 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində Bakı şəhər sakini Cavid Mövsümov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Süleyman Cəfərovu və Elşad Rəhimovu vurmuşdur. E.Rəhimov hadisə yerində ölmüşdür.
Xatırladaq ki,S.Cəfərov polis yol-patrul xidmətinin əməkdaşıdır.
Süleyman Cəfərovun ailə üzvlərinin Teleqraf.az-a verdiyi məlumata görə zərərçəkmiş hazırda reanimasiyadadı və hələ özünə gəlməyib.Daxili İşlər Nazirinin müavini,polis general-laeytnantı Vilayət Eyvazov S.Cəfərovun A.Heydərov adına DİN-in Respublika Hospitalına köçürülməsi haqqında sərəncam verib və hospitalın həkimləri S.Cəfərovun vəziyyəti ilə tanış olandan sonra belə qərara gəliblər ki,xəsarət almış şəxsin vəziyyəti ağır olduğundan hələ ki,onun hospitala köçürülməsi tibbi cəhətdən mümkün deyil.
Zərərçəkmişin yaxınları bir insanın ölümünə,bir nəfərinsə ağır xəsarət almasına bais olmuş Cavid Mövsümovun hələdə ortaya çıxmamasından şikayətlənərək qeyd edirlər ki,heç onun qohumlarıda xəstəni ziyarətə gəlməyiblər. S.Cəfərovun yaxınları”Biz onlardan kimsəni görməmişik.Nə bizimlə əlaqə saxlayıblar,nədə ki,xəstəxanaya gəliblər.Eşitdiyimizə görə C.Mövsümov hansısa vəzifəli şəxsin,daha konkret desək polis rəislərindən birinin oğludur.Onda belə çıxır ki,onu hansısa qüvvətli əl müdafiə edir.Lakin biz bu işi elə-belə buraxmayacağıq.Biz istəyirik ki,bu qəzaya səbəb olmuş hər kimsə,ortaya çıxsın,heç olmazsa hörmət,insanlıq naminə övladımızı ziyarət etsinlər”-deyə şikayətlərini əməkdaşımıza bildiriblər.