|
Beynəlxalq sanksiyalara məruz qalan və neftin qiymətinin aşağı düşməsi nəticəsində böhran dövrünü yaşayan Rusiya çıxış yolunu islam bankları ilə əməkdaşlıqda görür.
Teleqraf.az axat.az-a istinadən xəbər verir ki, Dubayda yerləşən Rusiya Ticarət Şurası rublun dəyərini itirməsindən sonra rus şirkətlərinin islam banklarına üz tutduğunu bildirib.
Ticarət Şurasının sədri İqor Yeqorov bank və təşkilatların İslam dünyasını əhatə edən banklarla necə əlaqələr quracaqları barədə iş apardıqlarını bildirib. Sanksiyaların hələ də tam olaraq təsirini göstərmədiyi qeyd edilib.