|
Türkiyənin Baş Naziri Əhməd Davudoğlu, ölkə ərazisində sabah 1 günlük ümummili matəm elan ediləcəyini bildirib.
Teleqraf.az xəbər verir ki, buna səbəb Pakistanın Pişəvər şəhərindəki hərbi məktəbə edilən hücum nəticəsində 148 müdavim və 1 müəllimin öldürülməsi olub.
Xatırladaq ki, hücum bu gün səhər saatlarında baş verib. Silahlılar məktəbə daxil olub və qarşılarına çıxanları güllələyiblər. Hadisə yerinə dərhal özünü çatdıran hərbçilərlə silahlı terrorçular arasında atışma başlayıb.Nəticədə 148 müdavim və 1 müəllim terrorun qurbanı olub.
Terror aksiyasıı "Taliban"qruplaşması öz üzərinə götürüb.