|
Sumaqayıt şəhər rəhbərliyi KXCP üzvü olan bələdiyyə namizədlərinin seçicilərlə görüşünə mane olub.
Sumqayıt şəhər bələdiyyəsindən namizəd olan Gülağa Adıgözəllinin Teleqraf.az-a verdiyi məlumata görə, bələdiyyə seçkilərinə namizədlərindən olan , KXCP üzvü Kəmaləddin Rəhimovun adından görüşün keçirilməsindən üç gün qabaq Dairə Seçki Komisiyasına görüş üçün yer ayrılması məqsədi ilə müracət edilib. Sumqayıt şəhər icra başçısının sərəncamı ilə onlara Nizami adına klubda görüş üçün yer ayrılması cavabı verilib. Seçicilərin toplandığı zaman isə Klubun qapısını bağlayıb, işıqların da söndürüblər ki. Burda görüş keçirtmək olmaz. Güya görüş üçün ayrılan yer bərbad vəziyyətdədir. Öz təşəbbüsləri ilə namizəd olan KXCP üzvləri məcbur olub görüşü klubun qarşısında açıq havada keçiriblər. Təxminən üç yüz nəfərin iştirak etdiyi görüşdə namizədlərdən Kəmaləddin Rəhimov Gülağa adıgözəlli və Bağırov Rəyasət Məmmədağa oğlu ilə yanaşı KXCP Ali Məclisinin sədri Bəybala Əbil də iştirak edib. Gülağa Adigözəlli bunları da əlavə etdi ki, "bu hadisə MSK –nın şəffaf seçki keçirmək haqqında verdiyi bəyanatların əslində quru sözlərdən başqa bir şey olmadığını bir daha sübut etdi."