|
ABŞ-ın Pensilvaniya ştatında yaşayan nurçu lider Fətullah Gülən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yalnız bir şərtlə razılığa gələ biləcəyini söyləyib.
Teleqraf.az axar.saytına istinadən xəbər verir ki, alman mətbuatına müsahibə verən Gülən önəmli mesajlar verib.
Gülən ona Ərdoğanla razılaşıb-razılaşmayacağı istiqamətində ünvanlanan suala belə bir cavab verib:
"Əgər Ərdoğan bir gün mitinqlərində çıxışı zamanı hər şeyin yalan və böhtan olduğunu deyərsə, o zaman mən barışığa hazır olaram".
Gülən Ərdoğanı Türkiyədə avtoritorizm qurmaqda ittiham edib.