|
Geyindiyi mini ətəklə küçədə gəzən əfqan qadın ölkəsini şoka salıb.
Əfqanıstanın paytaxtı Kabildə bir qadın mini ətək geyinərək küçəyə gəzməyə çıxıb. Qadının başı da açıq olub.
Bir anın içində ölkə gündəmini zəbt edən qadının şəkillərini bir qəzet fotoqrafı çəkərək yayımlayıb.
Əfqanıstanda bir qadının bədəninin görünməsi, mini ətək geyinməsi, başı açıq küçəyə çıxması qəti qadağan olduğu halda gənc qadının bu cür cəsarətli addımı mühafizəkar əfqanları hövsələdən çıxarıb.
Yüzlərlə insan sosial şəbəkələrdə və əfqan mediasında fotoları yayılan qadının öldürülməsini tələb edir. Bir qrup əfqan qadın isə başı açıq və mini ətəklə paytaxt küçələrində gəzən qıza cəsarətli addımına görə dəstək verib. Bir çoxları isə qadının ruhi xəstə olduğunu bildirib.
Axar.az