|
“Dekabrda əfvə düşə bilməyənlər yəqin ki, yanvardan sonra gələn bayramlarda azad olunarlar”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında İnsan Haqları üzrə Monitorinq Qrupunu üzvü Novella Cəfəroğlu bildirib.
N. Cəfəroğlu hesab edir ki, prezidentə təqdim olunan 26 nəfərlik siyahıda olan şəxslərin çoxusu əfv olunacaq: “Əgər siyahıda olanlardan kimsə dekabrda əfvə düşə bilməyəcəksə, yəqin ki yanvardan sonra gələn bayramlarda azad olunacaqlar. Hesab edirəm ki, bizim işimiz hədər getməyəcək. Siyahıda olan insanlar əfv ediləcəklər. Biz siyahıları hazırlamışıq, indi onlar baxacaqlar ki, kimi indi çıxartsınlar, kimi yanvardan sonraya saxlasınlar. Hazırda bu istiqamətdə işçi qrupun müzakirələri də normal sürətdə davam edir”.
Günel