|
ABŞ-ın Respublikaçılar Partiyasının Milli Komitəsinin üzvü Elizabet Louten Obamanın qızları Saşa və Maliyadan narazı olduğunu “Facebook” səhifəsində paylaşıb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Elizabet Louten Obamanın qızlarının davranış və xarici görünüşləriylə bağlı mənfi münasibət bildirib: “Hörmətli Saşa və Maliya, sizin yeniyetmə olduğunuzu başa düşürük, lakin siz prezident ailəsinin bir parçasısız və sizin xarici görünüş və davranışız buna uyğun olmalıdır. Elə geyinirsiz ki, sanki Ağ evdə tədbirdə yox, gecə klubundasız”.
Bu paylaşımdan bir neçə saat sonra Louten üzr istəyib və öz təşəbbüsü ilə vəzifəsini tərk edib.