|
Pakistan Müsəlmanların Vəhdət Məclisi partiyasının üzvü və Ayətullah Sistaninin Paraçinar şəhərindəki nümayəndəsi Əllamə Muhəmməd Nəvaz İrfani noyabrın 26-da silahlı hücum nəticəsində şəhid edilib, - “Shafaqna”.
Əllamə Muhəmməd Nəvaz İrfaniyə qarşı törədilən terror aktı İslamabadın Cey-11 məntəqəsində yerli saatla 21:30 radələrində həyata keçirilib. Pakistan Müsəlmanların Vəhdəti Məclisi partiyasının rəhbəri Raca Nasir Abbas hadisəni pisləyərək hökumətdən qatillərin 12 saat ərzində taparaq məsuliyyətə cəlb olunmasını tələb edib.
Raca Nasir Abbas hökumətə ciddi şəkildə xəbərdarlıq edib ki, bu müddət ərzində hər hansı addım atılmayacağı təqdirdə paytaxt İslamabadda iri miqyaslı etirazlar təşkil ediləcək.
Qeyd edək ki, son aylar ərzində şiə və sünni alimlərinə qarşı terror hadisələrində artım müşahidə olunur. Sentyabr ayından bəri ölkədə ən azı 6 nəfər din xadimi müxtəlif terror aktlarında şəhid olub.
Əllamə Muhəmməd Nəvaz İrfani Pakistan Əhli-beyt (ə) ceməsinin geniş iştirakı qılınan cənazə namazından sonra torpağa tapşırılıb. Deyerler.org