|
1996-cı ilin əvvəllərində Bolqarıstanda şayiə yayılmışdı ki, Boris Yeltsinin komandasından bir nəfər xüsusi missiya ilə Vanqanın yanına gəlib. Həmin şəxsin adı gizli saxlanılsa da, “Duma” qəzeti tanınmış görücünün Rusiya prezidentinə göndərdiyi öncəgörümü dərc etmişdi:
“Yeltsin yenidən hakimiyyətə gələcək! O, prezident seçkisində qələbə qazanacaq”.
Tanınmış medium Vanqa bu sözləri 1996-cı ilin martında söyləmişdi və onunla bağlı bu sitat “Duma” qəzetində dərc olunub.
1996-cı ilin iyulun 3-də Boris Yeltsin yenidən Rusiya prezidenti seçiləndə Vanqa bir daha hər kəsi təəccübləndirə bilmişdi.
Professor D.Filipov isə söyləyir ki, 1995-ci ildə Vanqa Çeçenistan konflikti haqda onunla danışarkən qəfildən belə deyib:
“Çeçenistanda müharibə Yeltsin gedəndən sonra bitəcək”.
O zaman professor görücüdən: “Haradan gedəndən sonra – siyasətdən, yoxsa hakimiyyətdən”, - soruşanda, görücü heç bir cavab verməyib.
Boris Yeltsinin hakimiyyətinin son günlərində Vanqa yenidən bəzi fikirlər səsləndirib: Rusiyanın növbəti prezidenti kim olacaq və 2004-2020-ci illərdə prezident kreslosunda kim əyləşəcək.
Bu haqda Vanqayla bağlı növbəti xəbərimizdə məlumat verəcəyik.
Axar.az