|
Bu gecə saat 02:30 radələrində Bakının Bİnəqədi rayonu ərazisində xidmət göstərən yol polisləri silahlı hücuma məruz qalıblar. Bu barədə lent.az məlumat yayıb.
Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, Cəfər Xəndan küçəsində xidmət göstərən baş serjantı Nicat Bayramov və polis kiçik serjantı Yasin Umudov bir neçə nəfərin hücumuna məruz qalıblar. “Nissan” markalı avtomobildən düşən şəxslər polislərə bir neçə bıçaq zərbəsi vurublar. Sonra isə hadisə yerindən qaçıblar.
ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində yaralanan yol polisləri xəstəxanaya yerləşdiriliblər.
Hadisəni törədənlərin kimliyi müəyyənləşib. Lakin istintaq sirri olduğu üçün onların adları açıqlanmır. Hazırda həmin şəxslərin tutulması üçün xüsusi əməliyyat qrupu yaradılıb.
Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.