Vətəndaşları şikayətlərini birbaşa ünvana yazmaq əvəzinə redaksiyalara göndərən gerçək səbəb 

 Elə gün olmur ki, qəzet redaksiyalarının qapısını şikayətçilər döyməsin. Hamısı da bənzər müraciətlə: “Prezidentə şikayətim var, onu işıqlandırın...” Dünyanın hansısa ölkəsində belə hal varmı-yoxmu, bilmirik, amma absurd mənzərədir. Ölkədə bəs deyincə dövlət qurumu, vətəndaşın şikayətinə baxmalı olan səlahiyyətli şəxslər olsa da, insanlar son ümid yeri kimi qəzetlərə gəlirlər. Çox nadir hallarda şikayətçilərin yolu televiziyalara düşür. Buna səbəb sözügedən ünvanda onlara hər hansı yardım edilməməsi, səslərinə qulaq asılmamasıdır. 

 Amma bir haşiyə çıxaq ki, qəzetlərə edilən şikayətlərin sonucu da çox zaman “gözlənilən” olur. Belə ki, şikayətçi dərdini jurnalistlərə anladır, yazı qəzetdə dərc edilib səs-küy çıxandan sonra problem yoluna qoyulur. Və problemi həll edən qurumun başbilənləri şikayətçi qarşısında şərt qoyurlar: qəzetdə təkzib ver, şikayətini geri götür...

 Bu dediyimiz son halla bağlı dəfələrlə məlumat verdiyimiz üçün onun üstündən haşiyə kimi keçirik. Budəfəki yazımızda daha çox prezidentə müraciət etmək istəyib də, bunun yolunu bilməyənləri məlumatlandıracağıq. 

 Prezidentə www.prezident.az saytındakı “məktub yaz” bölməsi vasitəsilə elektron məktub yazmaq olar. Hər bir vətəndaş ölkə başçısına elektron məktub yazmazdan əvvəl “Müraciətlərin qəbulu və baxılması qaydaları”nı dəqiq bilməlidir. İnternet vasitəsilə göndərilən müraciətlər PA-nın sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olur. Şöbəyə daxil olan məktub və müraciətlər həmin gün qeydiyyata alınır və baxılması üçün prezidentin iş otağına göndərilir. Məktuba baxıldıqdan sonra cavab anketdə göstərilən poçt ünvanına adi poçtla göndərilir. O ki qaldı internet vasitəsilə göndərilən məktublara, belə müraciətlərin mətni 1500 işarədən çox olmamalıdır. Elektron müraciətdə qoşma faylların, yəni fotoşəkil, hansısa sənədin surətinin əlavə olunmasına icazə verilmir. 

 Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr adi poçtla göndərilə bilər. Prezidentə ünvanlanmış yazılı müraciətin müəllifi özü barədə fərdi məlumatları, müraciətin mövzusunu dəqiq göstərməli, yəni adı, soyadı, atasının adı, yaşı, yaşadığı şəhərin (rayonun, qəsəbənin, kəndin) adını, ünvanını, telefon nömrəsini, e-mail adresini (əgər varsa) və sosial statusunu anketdə qeyd etməlidir. Vətəndaşlar PA-nın qəbul otağında qəbul olunurlar. Qəbula yazılma vaxtı: saat 9:00-dan 13:00-dəkdir. Qəbul saatı 14:00-dan başlayır. PA-da hər ay vətəndaşların qəbulu üzrə xüsusi qrafik müəyyən edilir. Bu cür qəbullar şəxsən prezidentin özü deyil, onun müşavirləri və köməkçiləri, mətbuat katibi, habelə Prezident Aparatının məsul işçiləri tərəfindən keçirilir.

 Dövlət başçısına müraciətlər haqqında ümumiləşdirilmiş məlumatlar müntəzəm olaraq bu saytın “Prezidentə yazırlar” bölməsində dərc olunur. Burada isə daha çox təşəkkür xarakterli məktublar yer alır. 

 Azpresident.az-ın məktublar bölməsində bu barədə geniş məlumat verilib. Şikayəti yazmazdan əvvəl forma doldurmaq lazımdır. Saytın məktub bölməsində aşağıdakı yazılıb: “Hörmətli istifadəçi! Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Prezident Administrasiyasına məktub göndərmək ücün aşağıdakı formanı doldurun. Diqqətli olmağınız Sizdən xahiş olunur!

Formada ərizə yazan şəxsin ad-soyadı, atasının adı, yaşadığı ölkə, şəhər, telefon nömrəsi, email ünvanı, yaşı, sosial durumu, müraciətin növü, sosial durum,  əsas mövzu kimi bölmələr var ki, forma müəllifi onu doldurmalıdır. 

 Amma təcrübə göstərir ki, insanları məktub yazmaqdan çəkindirən məqam bir çox hallarda məlumatsızlıq, internetdən istifadə qaydalarını bilməməkdirsə, bəzən da ehtiyatlılıqdır. Daha öncə təcrübədə prezidentə məktub yazdığı üçün yerlərdəki məmurlar tərəfindən təzyiqə məruz qalan vətəndaşların olması məsələni daha da dramatikləşdirir. Belə ki, insanları o formanı doldurandan, barələrindəki bütün məlumatları açıqlayandan sonra yaşaya biləcəkləri problemlər qorxudur. Amma qəzetə müraciət halında vətəndaşa çatımlılıq, dolayısı ilə “cəzalandırılma ehtimalı” daha da güclənir. 

 Sevinc TELMANQIZI 

Musavat.com

 

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti