|
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk musiqiyə çox böyük əhəmiyyət verirmiş, həyatın musiqi ilə mənalı olduğuna inanırmış.
Bir söhbət əsnasında “Atatürk inqilabları arasında ən çətin olanı hansıdır?” sualına özünü qane edən cavab ala bilmədiyinə görə, bu sualı özü cavablandırıb: “Ən çətin inqilabımız musiqi inqilabıdır”.
Atatürk sözlərinə belə davam edib: “Çünki musiqi inqilabı adama əvvəl öz iç dünyasını unutdurur, sonra da yeni bir aləmə yönəldir. Çox çətindir, amma ediləcək”.
Atatürk belə çətin inqilabın niyə və necə edilməli olduğunu isə 1934-cü il noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinin açılış nitqində izah edib: “Bir xalqın dəyişikliyindəki ölçü musiqidə dəyişikliyi başa düşə bilməsi, qavraya bilməsidir. Bu gün dünyaya dinlətməyə cəsarət edilən musiqi, bizim musiqimiz deyil. Bunu açıqca bilməliyik ki, musiqimiz dünya musiqisi içində üzümüzü ağartmır. Milli, incə duyğuları, düşüncələri anladan melodiyaları yığmaq, onları tezliklə müasir musiqi qaydalarına uyğun işləmək lazımdır. Türk musiqisini ancaq bu yolla yüksələ bilər, universal musiqidə yerini tapa bilər”.
Mustafa Kamal Atatürkün musiqini, xüsusilə də xalq mahnılarını çox sevdiyi hamıya məlumdur. Atatürkə görə, türkün gerçək musiqisi Anadolu adamının heç bir təsirə düşmədən yaratdığı, ortaya çıxardığı xalq mahnılarıdır. Musiqiyə o qədər əhəmiyyət verirdi ki, həyatın musiqi ilə mənalandığına inanırdı.
Atatürkün ən sevdiyi mahnılar, müasir dövrümüzdə də çox sevilənlər arasındadır. Atatürkün ən sevdiyi və hal-hazırda da kifayət qədər məşhur olan mahnıları təqdim edirik:
1. “Kimsəyə etməm şikayət” – Müzəyyən Senar
2. “Mane olur” – Müzəyyən Senar
3. “Havada bulud yox” – Müzəyyən Senar
4. “Dayler Dayler” – Safiyə Ayla
5. “Can rəqibi xandan edərsən” – Müzəyyən Senar
6. “Əlişimin qaşları qara” – Safiyə Ayla
7. “İzmirin qovaqları” – Müzəyyən Senar
8. “Şahanə gözlər – Müzəyyən Senar
9. “Siqaramın dumanı” – Müzəyyən Senar
10. “Əsgər yolu gözləyərəm” – Müzəyyən Senar
11. “Çilə bülbülüm çilə” – Safiyə Ayla
12. “Dəyirmana un yolladım” – Müzəyyən Senar
13. “Bu dalmadan keçdin mi” – Müzəyyən Senar
14. “Pəncərə açıldı Bilal oğlan” – Safiyə Ayla
15. “Habugaha girdim” – Müzəyyən Senar
16. “Yanıq Ömər” – Safiyə Ayla
17. “Fikrimin incə gülü” – Müzəyyən Senar
18. “A mənim bənövşəyi çiçəyim” – Müzəyyən Senar
19. “Vardar düzənliyi” – Müzəyyən Senar
20. “Axşam oldu yenə” – Müzəyyən Senar