|
ABŞ-da Türk əsilli hakim Ceyhun Karahan keçirilən seçkilərdə üçüncü dəfə seçilməyi bacarıb.
Türk-Amerika cəmiyyətinin ABŞ rəhbərliyindəki ən yüksək səviyyəli məmurları arasında yer alan Respublikaçı hakim Qaraxanlı, seçkilərdə 355 min 916 səsvermə (54,41 faiz) Demokrat rəqibi hakim Kelli Consonu geridə qoyaraq, məhkəməyə yenidən seçilib. Qaraxan, seçkinin ardından xoşbəxtliyini, belə ifadə edib:
"Üst-üstə üçüncü dəfə eyni vəzifəyə seçki ilə gəlmişəm. Türk-Amerika cəmiyyətinin daim dəstəyini hiss etdim. Daha da əhəmiyyətlisi ABŞ seçki bülletenində Türk adımı qürurla daşıdım".
Ceyhun Qaraxan kimdir?
Ceyhun Qaraxan, 1956-cı ildə Floridanın Tampa şəhərində dünyaya gəlib. İlk olaraq 1978-ci ildə Florida State Universiteti Musiqi Fakültəsini, sonra 1979-cu ildə cənubi Texas Hüquq Fakültəsindən məzun olan Qaraxan, 1983-ci ildə hüquq doktorluunu bitirib. Hyuston Harris County Baş Prokuror Müşaviri olaraq 1983-1987 –cı illəri arasında çalışan Qaraxan, göstərdiyi uğur münasibətilə 1987-ci ildə ABŞ Federal Prokuroru tərəfindən Cənubi Texas Prokuror Müavini təyin olunub. Bu vəzifəsindən 1991-ci ildə ayrılan Qaraxanlı, bir müddət öz qurduğu xüsusi vəkillik firmasını idarə edib. Harris County Cəza Məhkəməsi hakimliyinə ilk dəfə 2002-də seçilən Qaraxanlı, 2008 və 2014 seçkilərini də qazanaraq bu vəzifəni üçüncü dəfə icra edəcək./Teleqraf.az/