|
Gürcüstanın müdafiə nazirindən sonra daha bir nazir istefa verib.
“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, xarici işlər naziri Maya Pandjikidze bu gün Tiflisdə keçirdiyi brifinqdə istefa verdiyini açıqlayıb.
XİN rəhbəri bildirib ki, onunla yanaşı dörd müavini də öz postlarını tərk edirlər. Nazir həmçinin ölkənin hakim partiyası olan “Gürcü arzusu”nun sıralarından çıxdığını da elan edib.