|
Rusiya prezidenti Kremldə "generallara baxış" keçirib
Teleqraf.az xəbər verir ki, təqdimat mərasimi xalq birliyi Günü ərəfəsində Kremlin Georgi salonunda qeyd edilib. Tədbir ənənəvi olaraq prezidentin zabitlərə ali hərbi rütbələrin verilməsi və yuxarı rəhbər vəzifələr üçün onların təyin olunması münasibətilə keçirilir. Və elə ənənəvi çıxışında dövlət başçısı bütövlükdə ayrı-ayrı xidmətləri qiymətləndirərərək, Rusiya ordusu qarşısında vəzifələr qoyur.
“Bizim döyüşçülər həmişə öz əsgəri borcunu ləyaqətlə yerinə yetirdilər, biz hər zaman öz vətənimizi qorumuşuq” , deyən Vladimir Putin toplaşanlara müraciət edib. Sizin peşəkarlığınız, təcrübəniz, nəticəsində əldə olunan nəticələr layiqli qiymətini almışdır. Buna görə də dövlət sizə daha mühüm və daha məsul vəzifələr etibar edib.
Putin çıxışnda bildirib ki, ” Əvvəlki təhdidlər aradan qalxmayıb, bəzi bölgələrdə isə vəziyyəti kəskinləşib. Böyük gərginlik ocaqları sərhədlərimizin yaxınlıqlarında - Ukraynanın cənub-şərqində hələ də qalmaqdadır. Sentyabrda keçiriləcək NATO sammitində alyansın hərbi imkanlarının artırılması açıq şəkildə bəyan edilib.
Bizim hərbi doktrinası yalnız müdafiə xarakteri daşıyır. Biz silahlı qüvvələrinin və milli təhlükəsizliyə cavabdeh olan digər strukturlarının təkmilləşdirilməsi üzrə bütün planlar ardıcıl əməl edəcəyik.
Xüsusi xidmət və hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinin nəticəsində İlin əvvəlindən 58 "terror xarakterli cinayətlərin", o cümlədən 8 terror aktının qarşısı alınıb.
Eyni əzmkarlıqla və peşəkarlıqla bundan sonra da işləmək lazımdır, deyə Putin bildirib.