|
İran Prezidenti Həsən Ruhaninin yaxın 20 gün ərzində - noyabrda Bakıya rəsmi səfəri gözlənilir.
Bunu Trend-ə İranın Azrərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Qeyd edək ki, bu, Həsən Ruhaninin prezidentlik dövründə Azərbaycana ilk rəsmi səfəridir.
Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Həsən Ruhaninin cari il ərzində indiyədək bir neçə dəfə görüşləri olub. Azərbaycan Prezidenti İlham Əliyev cari ilin aprel ayının 9-da Tehranda rəsmi səfərdə də olub.