|
Rusiyanın ən zəngin vətəndaşlarının etnik tərkibi açıqlanıb.
Teleqraf.az modern.az-a istinadən xəbər verir ki, lenta.ru-nun apardığı araşdırmaya əsasən, azərbaycanlı zənginlər bu siyahıda 7-ci yerdə qərarlaşıblar.
Rusiyada yaşayan 3 azərbaycanlı milyarderin ümumi sərvəti 16,8 milyard dollar təşkil edir. Bu biznesmenlər Vahid Ələkbərov 13,6 (milyard dollar), Araz Ağalarov (1,8 milyard dollar) və Fərhad Əhmədovdan (1,4 milyard dollar) ibarətdir.
Siyahıda ilk pilləni rus əsilli milyarderlər tutublar. Onların ümumi sərvəti 165 milyard dollar təşkil edib. Siyahıda yəhudilər 2-ci (122,3 milyard dollar), ukraynalılar 3-cü (70,4 milyard dollar), tatarlar 4-cü (9,2 milyard dollar), ermənilər 5-ci (21 milyard dollar), dağ yəhudiləri isə 10,6 milyard dollar sərvətlə 6-cı pilləni tutublar. Siyahıdakı növbəti pillələri azərbaycanlılar, inquşlar, çeçenlər, avarlar və özbək milyarderlər tutublar.
Siyahıdakı etnik milyarderlərin ümumi sərvəti 481,15 milyard dollar təşkil edib.