|
Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev Deputat Qüdrət Həsnquliyevin onun haqqında işlətdiyi ifadəlrə özünün “Facebook” səhifəsində cavab verib.
Teleqraf.az Eldəniz Quliyevin fikirlərini oxucularına çatdırır.
"Hakimiyyətə hər zaman yarınmağı və siyasi fəaliyyətinin sürüşkənliyi ilə tanınan Qüdrət Həsənquliyev artıq neçənci dəfədir ki, barəmdə təhqiramiz ifadələr işlədir. Gah məni dələduz, gah xəyanətkar, separatçı, gah da ki, təxribatçı adlandırır... Mən heç vaxt ona və onun kimi mənasız adamlara cavab vermək istəyində olmamışam; indinin özündə də, onun bazar makleri, yəni yüngül gəlməsi üçün tərəzi daşının içini ovan alverçi ritorikasına, eləcə də intellekt və mərifətdən məhrum olan birisinin şər-böhtanla dolu fikirlərinə cavab vermək niyyətində deyiləm. Hətta, çox ola bilsin ki, "hörmətli" millət vəkili öz dediklərinə inanır da - axı, peşəkar yaltaqlar, sahibinin (yaxud sahiblərinin) göstərişi ilə işverənlikdə və qarayaxmaqda elə də bir nadürüstlük görmürlər!..
Qoy nə istəyir desin. Desin və gedib tayını tapsın! Qəribədi, hərdən düşünürəm ki, belələri ya özlərini kənardan görə bilmir, ya da heç vaxt güzgüyə baxmırlar... Yəni güzgüyə baxsaydılar görərdilər ki, eynilə BİR DƏFƏ YEYİLMİŞə bənzəyirlər. BİRDƏFƏYEYİLMİŞLƏRƏ isə nə cavab versən - xeyiri yoxdur!.."