|
“Odlar Yurdu” Gənclər İctimai Birliyi təcrübə proqramının icrasına başladı.
Teleqraf.az-ın xəbərinə görə, “Odlar Yurdu” Gənclər İctimai Birliyi gənclər üçün yeni imkan yaratmaqda davam edir. Beləki 19 sentyabr 2014-cü il tarixində elan olunan proqrama gənclər online qeydiyyat forması vasitəsilə qeydiyyatdan keçiblər. Daha sonra onlardan intervyu götürülərək maraq dairələri müəyyənləşib. 22 oktyabr tarixindən etibarən seçilən 12 gənc təcrübəyə başlayıb. Qeyd edək ki, Təcrübə Proqramının əsas məqsədi tərcübəçinin fərdi inkişafına nail olmaq , iş təcrübəsi qazandırmaq, ölkədə həyata keçirilən Gənclər siyasəti ilə tanış etmək və Gəncə Avropa Gənclər Paytaxtı-2016 çərçivəsində Gəncə şəhərində həyata keçiriləcək hazırlıq mərhələlərində və layihələrdə gənclərin təcrübəli könüllü, təcrübəli kadr kimi fəliyyətlərini təmin etməkdir. Birliyin sədri Nigar Ələsəgrovanın sözlərinə görə Birlik artıq 2-ci dəfədir ki, təcrübə proqramı həyata keçirir. Sədr bununla gənclərin iş qabiliyyətlərini formalaşdırmaq , onlara iş prosesində lazım olan bilikləri qazandırmaqla gənclərin məşğulluq probleminin həllinə öz töhfələrini vermək niyyətində olduqlarını bildirdi. Təcrübə Proqramında iştirak etməklə təcrübəçi şəxsi bacarıqlarının inkişafına dair həm nəzəri, həmdə praktiki biliklər əldə edəcəkdir.Həmçinin təcrübəçilərə xarici dillər tədris olunacaq. Təcrübə proqramını uğurla bitirmiş təcrübəçilər sertifikatla təltif olunmaqla yanaşı işlə təmin olunacaqlar. Təcrübə proqramı 6 ay olmaqla iki mərhələdə həyata keçiriləcək.