|
Ağsu rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin yaxın günlərdə vəzifəsindən uzaqlaşdırılacağı barədə Teleqraf.az-a məlumat daxil olub.
Məlumata görə, icra başçısınından yazılan kütləvi şikayətlər artıq yuxarıları da hərəkətə keçməyə məcbur edib. Demək olar ki, hər gün prezidentin ünvanına onlarla şikayət məktubu daxil olur. Məlumatı verən mənbə qeyd edir ki, Ənvər Seyidəliyevin icra başçısı təyin edilməsində bacısıoğlu, hazırda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışan Səlim Müslümovun böyük rolu olsa da, nazir özü bu seçimindən çox peşman olduğunu bəzi yerlərdə bildirib.
Məlumata görə, Ağsu rayonunun icra başçısı postu uğrunda ARDNŞ-in ümumi məsələlər üzrə vitse-prezidenti, Əslən Ağsu rayundan olan Mikayıl İsmayılov və Səlim Müslümov arasında ciddi mübarizə gedir. Ənvər Seyidəliyevdən olunan şikayətlərin arxasında Mikayıl İsmayılovun adamlarının durduğu deyilsə də, əslində Ənvər Seyidəliyevin icra başçısı təyin edildiyi vaxtdan bu günə qədər Ağsu rayonunda ciddi tikinti layihələri təsdiq edilərək rayonun abadlığına milyonlarla vəsait ayrılması və Ənvər Seyidəliyevin ayrılan pulların bir çox hissəsinə əl qoyması prezident aparatının qəzəbinə gəlib. Buna görə də yaxın günlərdə Ənvər Seyidəliyevin vəzifədən uzaqlaşdırılması xəbərini hər kəs eşidəcək. Artıq icra hakimiyyətinin tapeçiliyində olan tikintilərdə yoxlamalar başlayıb.
Mənbə bunu da bildirib ki, hazırda rayona icra başçısı vəzifəsinə ən şanslı namizədin Səlim Müslümovun qardaşı Radim Müslümovun olduğu deyilir.