|
Müxalifətin 12 oktyabr mitinqində İŞİD bayrağını qaldıran Ramin Quliyevlə bağlı yeni məlumat yayılıb.
Aznews.az xəbər verir ki, Ramin Quliyev Əbu-Bəkir məscidinin imamı Qamət Süleymanovun qayınıdır. Onun daim Qamət Süleymanovun yanında olduğu, ona köməklik göstərdiyi bildirilir.
Məsələ ilə bağlı danışan Qamət Süleymanov informasiyanı təsdiqləyib: “Ramil heç vaxt mitinqlərə getmir, onun facebook dostu Ramili mitinqə dəvət edib. Mən onunla söhbət etdim. Ramil mənə bildirdi ki, o yerdə Allah kəlamı yazılmış bayraq görüb və onu ayaq altından götürmək istəyib. Bu zaman polislər onu ərazidən kənarlaşdırıb”.