|
Krım müharibəsində həlak olan türk əsgərlərinin Krımdakı məzarlığı təhqir olunub.
Krımdakı azərbaycanlılar cəmiyyətinin lideri Rəhim Hümbətov oktyabrın 13-də deyib ki, Sevastopolda məzarlıqda metal aypara və başdaşlarında ulduzlar çıxarılıb və ya dağıdılıb.
1853-1856-cı illərdə Krım müharibəsində ölən türk əsgərlərinin xatirə kompleksinə yol göstərən nişanlar da götürülüb.
Hümbətov deyib ki, Krım anneksiya olunan qədər bunların hamısı qorunurdu.
Krım hakimiyyəti vandalizm barədə şərh verməyib.