|
Türkiyə İŞİD-ə qarşı mübarizəyə qoşulmaq üçün öz hərbi bazalarını təqdim edib.
Ağ Ev rəhbərliyinin milli təhlükəsizlik üzrə müşaviri Syuzan Rays bu barədə açıqlama verib.
Rays bildirib ki, rəsmi Ankara İŞİD-ə qarşı zərbələr endirməyə hazırdır. Ağ Ev rəsmisi Türkiyənin bu qərarını alqışladığını qeyd edib.
Türkiyə İŞİD-lə mübarizədə Adana vilayətindəki İncirlik hərbi bazasından istifadə etməyi planlaşdırır. Baza Suriya sərhədindən cəmi 160 kilometr aralıda yerləşir.
Türkiyənin İŞİD-ə qarşı əməliyyatlara qatılmasına dair Amerika hökuməti ilə aparılan danışıqlar hələ ki, davam edir.