|
Urmu gölü böhranı ilə bağlı həyəcan təbili çalan yerli məsulların sıraları genişlənməkdədir.
Şərqi Azərbaycan Vilayətinin (ostan) Təbii Qaynaqlar və Əkinçilik Mühəndisliyi Təşkilatının rəis müavini bildirib ki, Urmu gölünün quruması 14 milyon insanın həyatına təsir göstərəcək.
Məhəmməd Şayan oktyabrın 9-da (mehrin 17-də) Təşkilatın keçirdiyi iclasda bəyan edib ki, “Vilayət şəhərlərinin yarıdan çoxu Urmu gölünün su hövzəsində yerləşir, bunun nəticələrindən biri 14 milyon insanın Urmu gölünün qurumasından təsir almasıdır.”
M.Şayan quraqlıqla bağlı xəbərdarlıq edərək əlavə edib ki, NASA-nın proqnozlarına (pişbini, öngörü) əsasən gələcək 30 ildə 45 ölkə quraqlıqla üz-üzə qalacaq, İran isə dördüncü yerdədir.