|
İŞİD-in Kobaniyə hücumunu bəhanə edərək Türkiyəni qarışdırmaq istəyən kürd separatçıları yalnız dindarlara qarşı hərəkətlərlə kifayətlənməyiblər. Onlar həmçinin qarşılarına çıxan maddi və mənəvi mədəniyyət əsərlərini də yox etməyə çalışıblar. Separatçıların qəzəbinə gələn mədəniyyət abidələrindən biri də böyük türk düşünürü Ziya Gökalpın ev müzeyidir.
Moderator.az-ın türk mətbuatına istinadən bildirdiyinə görə, Diyərbəkirdə yerləşən bu ev müzeyi tamamilə darma-dağın edilib. Xatırladaq ki, Diyərbəkir doğumlu olan Ziya Gökalp bir sıra sosioloji məqalələri, şeirləri və “Türkçülüyün əsasları” adlı kitabıyla məşhurdur. Dağıdılan müzey Türk dünyasının bu gün belə böyük sayqıyla andığı mütəfəkkirin doğulub böyüdüyü evdir. 1956-ci ildən bu ev onun ev-müzeyi kimi fəaliyyət göstərir.