Aksiyaçılar əsasən Mustafa Kamal Atatürkün heykəl və büstlərini dağıdır
İŞİD-in kürdlərə qarşı hücumlarına Türkiyənin laqeyd qalmasını bəhanə edərək küçələrə axışan PKK tərəfdarlarının törətdiyi iğtişaşlarda ölənlərin sayı 19-a çatıb.
Türkiyənin Siirt vilayətində kütləvi nümayişdə yaralanan bir adam xəstəxanada ölüb.
Doğan məhəlləsində yaşanan iğtişaşda yaralanan Davud Nas adlı təcili tibbi yardımla xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İstanbul başda olmaqla PKK meyilli kürdlər Diyarbəkir, Mardin, Siirt, Muş, Van və Batman vilayətlərində kütləvi şəkildə küçələrə axışıblar. Hökümət kütləvi iğtişaşların qarşısını almaq üçün ordu qüvvələrindən də istifadə olunsa da hələlik buna müvəffəq ola bilmirlər.
Mersində silahlıların açdığı atəş nəticəsində polis rəisi Haydar Çelik yaralanıb.
Separatçılığa meyilli kürd kökənli nümayişçilərin xüsusi ilə Mustafa Kamal Atatürkün heykəl və büstlərini dağıtmağa çalışması qaranlıq mətləblərdən xəbər verir.