|
AXCP –nin Sumqayıt şəhər təşklatında partiya üzvülüyündən kütləvi istefalar olub.
Teleqraf.az-a AXCP-nin Sumqayıt şəhər təşkilatının keçmiş sədri Kəmaləddin Vilayətoğlunun verdiyi məlumata görə, partiyanın yarıtmaz siyasətinə görə 49 nəfər AXCP üzvü partiyadan istefa verib.
Kəmaləddin Vilayətoğlunun bildirdiyinə görə istefalar bununla bitməyəcək. Bir neçə rayonda kütləvi istefalar olacaq. Partiya üzvülüyündən imtina etmələrinə gəlincə K. Viləyətoğlu bunları deyib: “ Partiya rəhbərliyinin mövqesizliyi və qətiyyətsizliyi, ən əsası isə bəzilərinin hakimiyyətlə əməkdaşlığı bizi elə bir qərar verməyə məcbur etdi.