|
Azərbaycanın məşhur pop müğənnisi Röya Ayxanın özünə yeni sevgili tapdığı haqda xəbərlər yayılıb.
Teleqraf.az xəbər verir ki, bu barədə “qafqazinfo”ya məlumatlar daxil olub.
Məlumata görə, bir müddət öncə həyat yoldaşı, iş adamı Anar Cəlilovla boşandıqları haqda xəbərlər yayılan ifaçının bu ayrılığı səbəbsiz deyilmiş, sənətçinin başqa birinə aşıq olduğu üçün evliliyinə son qoyduğu deyilir.
Bildiyiniz kimi, Azərbaycanda “Çuda peçka” mağazalar şəbəkəsi ilə tanınan ailə oğlanları Anarın Röya ilə evliliyinə qarşı çıxsa da, Anar ailəsindən imtina edərək ifaçı ilə evlənmişdi. Qalmaqallı prosesdən sonra məşhur iş adamının oğlu ilə ailə quran Röyanın bu evlilikdən bir oğlu var.
Xoşbəxt ailə tablosu yaradan cütlüyün evliliyi uzun çəkmədi. Onların ayrılıq səbəbi açıqlanmasa da, Röyanın artıq özünə yeni sevgili tapdığı iddia olunur. Hətta yeni cütlüyün tez-tez ölkə xaricinə istirahətə yollandığı ilə bağlı məlumatlar yayılıb. Məlumata görə, Marmarisdə yerləşən tanınmış otellərdən birinə istirahətə gedən cütlüyü bu səfərə xüsusi təyyarə aparıb.
Sənətçinin yeni sevgilisinin yüksək vəzifəli məmur ailəsinə mənsub olduğu və ailənin bu münasibətdən xəbərdar olmadıqları bildirilir. Əks halda konservativ dəyərlərə malik məmurun oğlunun bu münasibətinə qarşı çıxacağı qeyd olunur. Böyük imkanlara malik yeni sevgilinin Röyaya bahalı villalar, maşınlar hədiyyə etdiyi də deyilir. Verilən məlumata görə, yaxın ətrafı dindar iş adamlarından ibarət olan məmur oğlu ifaçıya qadağalar qoyur. Hətta Röya getdiyi tədbirlərə görə ondan icazə alır.
Qeyd edək ki, məmur oğlunun kimliyi məlum olsa da, sayt müəyyən səbəblərdən onun adını açıqlamağı