|
Erməni işğalçı rejim tərəfindən Kəlbəcərdə əsir götürülmüş Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə erməni vəkil təyin edilib.
Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, bu, Arkadi İsraelyandır.
“Joxovurd” qəzetinə müsahibəsində İsraelyan artıq azərbaycanlı girovlarla görüşdüyünü bildirib. Ancaq “istintaq maraqlarına görə” görüşün təfərrüatlarından danışmayıb.
Xatırladaq ki, bundan az öncə erməni tərəfi öldürülən üçüncü girov – Həsən Həsənovun cəsədini Azərbaycan tərəfinə verməyə hazır olduğunu bildirmişdi.