|
Türkiyə prezidentini terrorizmə dəstəkdə ittiham etdilər.
BMT-nin Baş Assambleyasının 69-cu sessiyasında Türkiyə və Misirin nümayəndə heyəti dalaşıb.
Onlar öncədən planlaşdırılmış bütün görüşləri ləğv ediblər, oxu.az İTAR-TASS-a istinadən xəbər verir.
Qalmaqal Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ümumsiyasi müzakirə zamanı bildirdiyi ifadələrinə görə baş verib.
Ərdoğan öz misirli kolleqası Abdel Fəttah as-Sisinin ünvanına tənqidlə çıxış edərək onun dünya liderləri sırasında yer almasına qarşı olduğunu bəyan edib. O, dünya ictimaiyyətini Misirdə “hərbi inqilab” təşkil edənləri dəstəkləməkdə ittiham edib. “BMT xalqın iradəsi ilə seçilən prezidenti devirənlərin hərəkətinə qanuni don geyindirir, – Ərdoğan bəyan edib. – Nəyə görə dünya demokratiyaya qarşı çevrilişə susur?”.
Misir tərəfi narazıçılıq və qəzəb bildiriblər. Misir ƏR XİN-in nümayəndəsi Abdel Atı Ərdoğanın bəyanatlarını “yalan və iftiralarla dolu” adlandırıb. Türkiyənin prezidentini misirlilərin iradəsinə qarşı ikrahla yanaşmaqda, terrorizmə dəstəkdə və Yaxın Şərqdə xaos və qarşıdurma toxumları səpməyə cəhd etməkdə ittiham ediblər.