|
Bu gün Moskavının Domodedovo hava limanından Qəbələyə uçan A-320 təyyarəsi sərnişinlərdən birinin qalmaqal salması səbəbindən Həştərxan hava limanına məcburi eniş edib.
“Teleqraf.az” Modern.az-a istinadən xəbər verir ki, içkili vəziyyətdə olan sərnişinlərdən biri salonda stüardessanın işinə mane olub, uçuş zamanı qaydalara əməl etmək tələblərinə əks reaksiya verib. Bu səbəbdən təyyarənin komandiri Həştərxana məcburi eniş etmək qərarı verib.
Bundan sonra polis əməkdaşları həmin şəxsi təyyarədən düşürüblər. Onun Rusiya vətəndaşı, Kostroma vilayətində yaşayan azərbaycanlı olduğu bildirilir.