|
Amerika Birləşmiş Ştatlarının beynəlxalq okean və atmosfer idarəsi günəşdə gözlənilməz ölçüdə partlayışın olacağı və bunun dünyaya təsir göstərəcəyini açıqlayıb.
Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, hansı bölgələrin partlayışın təsirini məruz qalacağı dəqiq bilinməsə də, günəşin ortasındakı fırtına ləkələri “fövqəladə” kateqoriyaya aiddir və böyük təhlükə vəd edir. Günəş fırtınası saatda 4 milyon kilometr sürətlə hərəkət edir və onun təsirinin bu gündən etibarən özünü biruzə verəcəyi gözlənilir.