Uşaqların gözləri önündə qanlar axıdılır

Şəhərdə hər addımbaşı qanunsuz sallaqxanalara rast gəlmək mümkündür. O sallaqxanalara ki, baxanda bir də baxmaq istəmirsən. Namünasib yerlərdə quraşdırılan sallaqxanaların ətrafında qoyunu, inəyi elə kəsirlər ki, yolun ortasına qədər qan axır, kəsilmiş heyvanın cəmdəyi göydən asılı vəziyyətə sallanır. Bu da antisanitariyaya səbəb olur və  küçədə olan toz-torpağın həmin cəmdəyin üzərinə hopmasını deməyə əsas verir.

Nəticədə isə müxtəlif xəstəliklərin meydana gəlməsinə şərait yaradır. Bundan başqa, bir çox sallaqxananın xüsusi su-kanalizasiya sistemi yoxdur.  Sallaqxanaların əksəriyyətini heyvan kəsimindən başı çıxmayan adamlar işlədir. Qəssab tibbi müayinədən keçməli və sanitar geyim geyinməli olduğu təqdirdə, bunların heç birini görmək mümkün deyil.  Bundan əlavə, sallaqxanalarda ölmüş və mənşəyi bəlli olmayan heyvanlar kəsilir. Həmin ətin hansı heyvana məxsus olduğunu bilməyən istehlakçılar isə onu alır və nəticədə infeksion xəstəliklərə tutulur.

Dünya praktikasına nəzər saldıqda isə görə bilərik ki, dünyada ət və ət məhsullarının satışı açıq havada insanların, xüsusilə də uşaqların gözü önündə deyil, xüsusi yerlərdə  həyata keçirilir. Ümumiyyətlə, insanların gözü qarşısında heyvan kəsimini həyata keçirmək həm mədəniyyətsizlik, həm də insanlara qarşı hörmətsizlikdir. Uşaqların gözü qabağında heyvanların kəsilməsi onların psixoloji durumuna olduqca mənfi təsir göstərir. Bundan başqa heyvanı kəsən şəxsin müsəlman olduğunu bilmək vacibdir. Çünki heyvanın halallıqla kəsilməsi əsas şərtlərdən biridir. Qonşu dövlət olan Türkiyədə yol kənarında heyvan kəsimi qadağan olunub. Xüsusi sallaqxanalar var ki, orada heyvan kəsilir, əti bölünür, laboratoriyadan keçir və mağazalara paylanılır. Lakin Azərbaycanda isə bu belə deyil.

Bu gün demək olar ki,  ölkədə sallaqxanalara nəzarət yox səviyyəsindədir. Sallaqxanalara nəzarət Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti həyata keçirməlidir. Ölkəyə daxil olan və ölkədən çıxan heyvan və heyvan mənşəli bütün məhsullara həmin qurum nəzarət etməlidir. Heyvan baytarlıq nəzarəti altında kəsilibsə, həm sənədlərə, həm də heyvan cəmdəklərinə, budlarına möhür vurulmalıdır. Adıçəkilən qurumun ölkənin bir sıra bölgələrində şöbələri, laboratoriyalarının və təchizat bazalarının fəaliyyət göstərməsinə baxmayaraq, heç bir işlə məşğul olmur.

Məlumdur ki,  Baytarlıq Xidmətinə hər il küllü miqdarda maliyyə vəsaiti ayrılır. Lakin burada belə bir sual çıxır ki, görəsən, həmin qurum ona ayrılan maliyyəni hara xərcləyir. Heç bir fəaliyyəti nəzərə çarpmayan Dövlət Baytarlıq Xidmətinin nümayəndələri sallaqxanalarda heyvan kəsiminə nəzarət etməli, laboratoriyadan keçirməlidir. Ətin satışına icazə verildikdən sonra həmin ət satıla  bilər. Lakin Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova başda olmaqla, heç bir nümayəndəsi öz işinin öhdəsindən layiqincə gələ bilmir. Bu da onların fəaliyyətsiz bir qurum olduğunu göstərir. Bu qurumun dövlətin pulunu yeyib dövlətə qulluq edirəm deməyə haqqı yoxdur.

2008 - 2015-ci illəri əhatələyəcək dövlət proqramına əsasən, ərzaq məhsulları ilə təminatın tənzimlənməsi məqsədilə qanunsuz ət sallaqxanalarının ləğvi mümkünləşəcəkdi. Lakin hələ də bu istiqamətdə heç bir iş görülməyib. Nə qədər ki, qanunsuz sallaqxanaların fəaliyyəti zərərsizləşdirilməyib, insanlar daim təhlükədə olacaqlar. Ona görə də insanları bu işdə diqqətli olmağa səsləyirəm.

Xalqxeber.AZ

Bölməyə aid digər xəbərlər

06 Fev 2018 Bakıda Qarabağ əlili döyülərək öldürüldü

06 Fev 2018 Nazirlik açıqladı: aprelin 11-i qeyri-iş günü, 9-u və 10-u isə…

05 Fev 2018 Hollandiyadan əcaib qərar –Türkiyədəki səfirliyini ləğv etdi

30 Noy 2016 Putin Trampla telefon danışığının detallarını açıqladı

04 Noy 2016 Səlahəddin Demirtaş həbs olundu - Yenilənib

03 Noy 2016 MTN işçisi dindirildi: " "Mən gördüyümü dedim”

31 Okt 2016 Türkiyədə millət vəkili həbs edildi

30 Okt 2016 Qazaxın axundu: “İran cəsusu məni təhdid edir”

26 Okt 2016 Buz dövrü başlayır - Qorxunc proqnoz

19 Okt 2016 İran hərbi gəmiləri Bakıya niyə gəlir?

18 Okt 2016 Mosulda şiəliyi təmsil edən bayraq gərginliyə səbəb olub

18 Okt 2016 Bu gün türk hərbçiləri Ermənistana girir

17 Okt 2016 Xəzər Teyyublu: “Bu tarix dünyaya xalq oldugumuzu təsdiqlədi”

17 Okt 2016 Göyçayda polisin qanunsuzluğuna etiraz edən iş adamı həbs edildi

17 Okt 2016 "Taliban" vitse-prezidentini yaraladı (YENİLƏNİB)

17 Okt 2016 Lənkəranskinin Bakıdakı məşhur restoranı bağlanıb

16 Okt 2016 Yadplanetlilərlə niyə qarşılaşmırıq? - Şok səbəb

15 Okt 2016 Rusiya Misirə desant çıxardı

14 Okt 2016 Cahangir Hacıyevin özünə və yaxınlarına məxsus evləri polis mühasirəyə aldı

14 Okt 2016 Qazaxıstan Ermənistanda silah istehsal etmək istəyir

14 Okt 2016 “Kurtlar Vadisi”nin başı böyük dərddə -Araşdırma başladı

12 Okt 2016 Ağsu sakinləri Yavər Camalovun kürəkənindən prezidentə şikayət etdi

12 Okt 2016 13-cü “zon”da nə baş verib?

11 Okt 2016 Müstəqilliyi seçən deputatların 15-i vəfat edib

10 Okt 2016 “Gürcü arzusu” hakimiyyətdə qalır

10 Okt 2016 İstiqlalçı millət vəkilləri tədbir keçirəcək

08 Okt 2016 Pakstanın Baş naziri Azərbaycana rəsmi səfərə gələcək

08 Okt 2016 "Kurtlar Vadisi Pusu" bu kanalda yayımlanacaq

07 Okt 2016 Polis tərəfindən saxlanılan jurnalist sərbəst buraxıldı

04 Okt 2016 Şimon Peresin ölümündən əvvəl şok etirafı

Xəbər lenti