|
Rəsmi Ankaranın Mourad Faresi gizli şəkildə Fransaya təhvil verdiyi bildirilir.
İstanbulda İŞİD terrorçu qruplaşmasının liderlərindən biri tutulub. Teleqraf.az ans press-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazır.
Xəbərə görə, Türkiyə polisi Fransa xüsusi xidmət orqanları tərəfindən axtarılan Fransız vətəndaşı Mourad Faresi ötən ay İstanbulda tutub
Fransa mətbuatı iddia edir ki, Türkiyə tərəfi ötən gecə Mourad Faresi gizli şəkildə Fransya təhvil verib. Lakin hər iki ölkənin rəsmi qurumları bununla bağlı heç bir açıqlama vermir.
Mourad Fares yeniyetmələri İŞİD terrorçu qruplaşmasına cəlb etməkdə təqsirli bilinir.