|
“Krım hüquq mühafizə orqanları "qadağan edilmiş ədəbiyyat" bəhanəsiylə məscidlərdə silah axtarırlar”.
Teleqraf.az xəbər verir ki, bu açıqlama ilə Krım tatarlarının lideri Mustafa Cəmilov çıxış edib. O, rusların axtarış adıyla əhalidə qorxu yaratmaq istədiklərini bildirib:
“Əgər fikir versəniz, görərsiniz ki, axtarışlar ancaq Krım tatarlarının bayrağı asılmış evlərdə aparılır. Bundan başqa, məscidlərdə və mədrəsələrdə də axtarışlar aparılır. Özlərinin dediyinə görə, axtarışların əsas səbəbi silah və qadağan olunmuş ədəbiyyat tapmaqdır. Daha öncə belə hal olmamışdı. Hazırda isə əhalidə qorxu yaratmaq istəyirlər”.