|
Milyondan çox “Yandeks” elektron hesablarının parolu internetdə yayılıb.
“Yandeks” təmsilçiləri şəxsi məlumatlarının yayılnmasına səbəb virusun səbəb olduğunu deyirlər.
Əsasən, bazar günü axşam “habrahabr” İT forumunda 1 milyon 261 min 809 elektron hesab parolları ilə birlikdə yayımlanıb. Forumun istifadəçilərinin sözlərinə görə, parolların ən azı yarısı uyğun gəlir.
“Yandeks” artıq bəyan edib ki, yayılan hesablara girişin qarşısı alınıb və elektron hesab sahiblərinə giriş zamanı yeni parol təklif olunur.
Mütəxəssislərin fikrincə, gizli məlumatların yayılmasında istifadəçilərin özləri günahkardırlar. Onların sözlərinə görə, bu məlumatlar kompüterdə fişinq və digər fırıldaqçı əməliyyatlar nəticəsində yayılıb.