|
Səyyar QHT Məktəbi Fəaliyyətə başladi
Teleqraf.az-ın xəbərinə görə, artıq Gənclər üçün Təhsil Mərkəzinin brendinə çevrilmiş “QHT Məktəbi” “GÜLSAM” Əlillərin Reabilitasiyası İB-nin dəvəti ilə1-3 sentyabr tarixində Ağsu rayonunda həyata keçirildi. Bir qrup gənclərə QHT-in idarəedilməsi və strukturunun inkişafı, könüllü üzvlərin cəlb olunması yolları, QHT-lərdə ictimaiyyətlə əlaqələrin qurulması (PR),layihə təkliflərinin
hazırlanması,layihələrin yazılması və idarə edilməsi,hesabatlılıq,eləcə də bu sektorla maraqlanan şəxslərin maarifləndirilməsinə və zəruri informasiyalarla təmin olunmasına kömək edildi.
Belə bir uğurlu təlimin həyata keçirilməsi üçün “QHT Məktəbi “nin yaradıcısı Vüsal Quliyevə, Gənclər üçün Təhsil Mərkəzinin ” drektoru Fəxrəddin Həsənzadəyə və Ağcabədi rayonunda yerləşən GTM Qarabağ ofisinin rəhbəri Rade Telmanqızına öz dərin təşəkkürümizi bildiririk.