|
Azərbaycanlılar Rusiya həbsxanasında "avtoritet"i öldürüb
Teleqraf.az-a Rusiyada olan soydaşlarımızın verdiyi məlumata görə, Rusiyanın Novosibirski şəhərində olan 22 saylı həbsxanada olan 10 nəfər azərbaycanlı məhkumlarla 300-dən çox qeyri millətlərdən olan məhkumlar arasında ölümlə nəticələnən münaqişə baş verib. Həbsxanada cəza çəkən ruslar azərbaycanlı məhbusları aşağılamağaq çalışıblar, nəticədə azərbaycanlı məhbuslar həbsxananın “vəziyyətinə” nəzarət edən avtoriteti öldürüb 4 nəfəri isə xəsarət yetiriblər. Həbsxanaya daxil olan OMON-lar vəziyyəti nəzarət altına almaq üçün 10 nəfər azərbaycanlı məhkumu başqa həbsxanaya köçürüblər. Hazırda Rusiya həbsxanasında olan azərbaycanlı məhbusların həyatları təhlükə altındadır.