|
Ukraynada hərbi əməliyyatların başladığı vaxtdan Rusiyanın 2 mindən çox peşəkar hərbçisi öldürülüb.
Teleqraf.az xəbər verir ki, bunu Ukrayna Müdafiə nazirinin müşaviri Aleksandr Danilyuk özünün Feysbuk səhifəsində yazıb.
“Ukraynaya hücuma görə, 2 minə yaxın rus hərbçisi, əsasən də desantı öldürülüb. İndi həlak olanların qohumları ilə əlaqə saxlamaq və bundan başqa hələ sağ qalan rus əsgər və zabitlərin anti-hərbi fəala çevrilmələri üçün qeyri-formal struktur yaratmaq lazımdır”, - Danilyuk yazıb.