|
İstefada olan türkiyəli general, Milliyətçi Hərəkat Partiyasından millət vəkili Engin Alandan həbsxana yediyi yeməklərin pulunu istıyirlər.
Teleqraf.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı NTV telekanalı yayıb.
Engin Alan “Balyoz işi”nə görə 2010-cu ildə həbs edilmiş və 18 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu ilin iyununda isə Konstitusiya Məhkəməsinin qərarı ilə general azadlığa çıxdı.
Bir neçə gün öncə Engin Alanın evinə Cincan həbsxanasından məktub gəlib. Məktubda 4 il ərzində həbsxanada yediyi yeməklərə görə 850 lirə tələb edilir.
Bu barədə məlumatı MHP-çi millət vəkilinin qızı Tülin Alan sosial şəbəkələrdə yayıb.
Türkiyə qanunvericiliyinə görə, həbsdə olduqları müddətdə çəkilən bütün xərclər məhkumlardan alınır.