|
Rusiya xüsusi təyinatlı bölmələrinin əsgərləri Ukraynada savaşdıqlarına görə hər sutkaya 100 dollar aldıqlarını etiraf ediblər.
Axar.az-ın məlumatına görə, bu barədə TSN kanalına açıqlamasında 95-ci aeromobil briqadanın komandir müavini İqor Skocko bildirib. Onun sözlərinə görə, məlumatı Saur-Maqil yaxınlığında gedən döyüşlərdə ələ keçirdikləri Pskov desantları deyiblər:
"Onlar mənə dedlər ki, Ukraynaya savaşmağa gəlməkdə məqsədləri dembil dövründə bir qədər pul qazanmaqdır. Bu vaxta qədər bir çox qaynar nöqtələrdə olmuşam, ancaq Ukraynadakı dəhşətlərə heç yerdə rast gəlməmişəm".